Mebel istehsalı ilə məşğul olan şirkətə qadağa gəldi
16 oktyabr 2012 17:49 (UTC +04:00)

Mebel istehsalı ilə məşğul olan şirkətə qadağa gəldi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində fəaliyyət göstərən “DALĞA-94” MMC-də mebel istehsalına dövlət nəzarəti həyata keçirilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə mebellər (divan, kreslo, yataq dəsti, stol və stul) AZS Milli Sertifikatlaşdırma sisteminin qaydalarına zidd olaraq sertifikatlaşdırılmadan istehsal olunur. İstehsal zamanı istifadə olunan 104 ədəd ölçmə vasitəsi müqayisəli dövlət yoxlamasından keçməmiş istifadə olunur ki, bu da “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanununun tələblərinə uyğun deyil. İstehsal olunan mebellərin üzərində markalanma aparılmır, müəssisənin adı və ünvanı göstərilmir.

Aşkar olunan bu və digər nöqsanlarla əlaqədar olaraq “DALĞA-94” MMC-yə inzibati protokol tərtib edilib, müəssisədə istehsal olunan mebellərin (divan, kreslo, yataq dəsti, stol və stul) istehsalı və satışı qadağan edilib. .
# 1867

Oxşar yazılar