BMT: Ərzaq böhranı gözlənilir
15 oktyabr 2012 17:05 (UTC +04:00)

BMT: Ərzaq böhranı gözlənilir

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, FAO dünya taxıl ehtiyatlarının təhlükəli dərəcədə az olduğuna diqqət çəkib.

İsti və quraq hava ABŞ və Ukrayna kimi taxıl ixrac edən ölkələrdə məhsul yığımına mənfi təsir göstərib və qiymətlər yüksəlir. BMT dünyada 870 milyon insanın ərzaq problemi ilə üzləşdiyinə, Orta Şərq və Afrikada ərzaq böhranının gedərək böyüdüyünə diqqət çəkib. Qida istehlakı artdığı halda istehsal artmır, ehtiyatlar isə azalır.
# 1539

Oxşar yazılar