Gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydaları təsdiqləndi - CƏDVƏL
15 oktyabr 2012 11:37 (UTC +04:00)

Gömrük brokerlərinin dövlət reyestrinin aparılması qaydaları təsdiqləndi - CƏDVƏL

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qaydalara əsasən, gömrük brokerlərinin dövlət reyestrinin aparılması Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçiriləcək. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük brokeri fəaliyyəti üçün lisenziya almış hüquqi şəxslər gömrük brokerlərinin dövlət reyestrinə daxil edilirlər. Gömrük brokerlərinin dövlət reyestrinin aparılması kağız üzərində yazılı və elektron formada həyata keçirilir. Komitə gömrük brokerlərinin dövlət reyestrinə daxil edilmiş gömrük brokerlərinin adları haqqında məlumatları öz mətbu orqanında nəşr edir, rəsmi internet saytında yerləşdirir və eyni zamanda, dövlət reyestrində olan dəyişikliklər barədə yeniləşdirilmiş məlumatların üç ayda bir dəfədən az olmayaraq, Komitənin rəsmi internet saytında yerləşdirilməsini təmin edir.

Gömrük brokerlərinin dövlət reyestrinə daxil edilən məlumatlar bu qaydaların əlavəsində göstərilən formada tərtib edilir.
Gömrük brokerinin lisenziyası yenidən rəsmiləşdirildikdə, dövlət reyestrində müvafiq dəyişikliklər edilir. Gömrük brokerinə verilmiş lisenziyanın müddəti bitdikdə, lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə gömrük brokeri dövlət reyestrindən çıxarılır. Lisenziyası bərpa olunmuş gömrük brokeri yenidən gömrük brokerlərinin dövlət reyestrinə daxil edilir.

Gömrük brokerlərinin dövlət qeydiyyatına alınmasına dair reyestrin forması


 Sıra
№-si

Təşkilatın adı və hüquqi ünvanı

Əlaqə vasitələri (telefon, faks nömrələri və elektron poçt ünvanı )

Azərbaycan Respublikasının Vergilər Nazirliyində hüquqi şəxs kimi qeydiyyata alınması barədə təsdiqedici sənədin nömrəsi və tarixi

Gömrük brokerinin dövlət reyestrinə daxil edilməsi tarixi

Gömrük brokerinin dövlət reyestrindən çıxarılması  tarixi

Gömrük brokerinin
dövlət  reyestrindən çıxarılmasının səbəbləri

Təşkilatın gömrük brokeri fəaliyyətini həyata keçirən ayrı-ayrı struktur bölmələrinin siyahısı və ünvanı

1

2

3

4

5

6

7

8

# 1453

Oxşar yazılar