ARDNŞ Türkiyə, Albaniya və ŞKTC-də yanacaqdoldurma şəbəkəsinə malik şirkət alır
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Alpet Türkiyə” Türkiyə, Albaniya və Şimali Kipr Türk Cümhuriyyətində geniş yanacaqdoldurma şəbəkəsinə malikdir. Şirkətin Türkiyədə 400-ə yaxın yanacaqdoldurma məntəqəsi var. Eyni zamanda Albaniyada da ən çox yanacaqdoldurma məntəqələrinə malik şirkətdir. Alpet Türkiyə son illər hər üç ölkədə sürətlə böyüməkdədir. ARDNŞ “Alpet Türkiyə” şirkətini almaq üçün birbaşa “Altınbaş Holdinq”-in sahibi İmam Altınbaş ilə danışıqlar aparır. Türkiyə mətbuatı artıq tərəflər arasında razılaşma əldə olunduğunu və imzalanma mərhələsinə gəlindiyini yazıb. Alqı-satqı müqaviləsinə tərəflərin oktyabrın sonunda imza atması nəzərdə tutulub. ARDNŞ “Alpet Türkiyə”-ni aldıqdan sonra bu şirkətin adının da dəyişəcəyi gözlənilir.
ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə Lent.az-a açıqlamasında “Altınbaş Holdinq” ilə “Alpet Türkiyə” şirkətinin alınması ilə bağlı danışıqlar aparıldığını nə təsdiq, nə də təkzib edib: “Biz kommersiya sirri olduğuna görə, apardığımız danışıqları açıqlamırıq. Ola bilsin ki, bu məsələ var, ola bilsin ki, yoxdur”.

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13