“BP-Azərbaycan” şirkətinin rəhbərliyində dəyişiklik-YENİLƏNİB
“BP-Azərbaycan” şirkətinin rəhbərliyində dəyişiklik olub.
Bu barədə “APA-ECONOMICS”ə “BP-Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı məlumat verib.
Onun sözlərinə görə, son bir neçə gün ərzində “BP-Azərbaycan” şirkətindən heç kim istefaya getməyib və ya göndərilməyib: “Sadəcə, şirkətin uzun müddətdir təqaüdə çıxmağı planlaşdıran terminal və quruda ixrac-boru kəmərləri üzrə vitse-prezidenti təqaüdə çıxıb. O, 5-6 ay öncə təqaüdə çıxmağı planlaşdırırdı. Elə o vaxtdan da “BP-Azərbaycan” vitse-prezident seçiminə başlayıb və artıq bu posta yeni təyinat olub. Azərbaycan vətəndaşı olmayan əvvəlki vitse-prezident 5 ildən çox müddətdə Azərbaycanda çalışıb və neft sənayesinin inkişafına öz töhfələrini verib. Yeni vitse-prezident də Azərbaycan vətəndaşı deyil”.
Qeyd edək ki, T.Bayatlı nə əvvəlki, nə də yeni vitse-prezidentlərin adını açıqlamayıb. “BP-Azərbaycan” şirkətinin saytında isə göstərilən vəzifə üzrə vitse-prezidentin Kemp Kouplend olduğu göstərilib. “APA-ECONOMICS”in apardığı araşdırma nəticəsində məlum olub ki, təqaüdə çıxan vitse-prezident məhz bu şəxsdir.
“bp-Azərbaycan”dan aldğımız məlumata görə, bu vəzifəyə Qreyq Uigsin (Graig Wigs) təyin edilib. Vəzifə təyinatı 2013-cü il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Qreyq Uigs 2008-ci ilin ortalarından etibarən, şirkətin Trinidad Tobakodakı ofisində vitse-prezident vəzifəsində çalışıb, hazırda “Yuxarı Axın” əməliyyatları Rəyasət Heyətinin üzvüdür.
Qreyq karyerasını Montana Dövlət Universitetini bitirdikdən sonra, 1981-ci ildə mühəndis kimi başlayıb. Həmin vaxtdan etibarən müxtəlif əməliyyat, qazma, tamamlama, alt-səthi və kommersiya sahəsində icraedici fəaliyyətlə məşğul olub.
Qreyq Şimali Amerika Qaz, Alyaska, Şimal Dənizi, Meksika Körfəzi və Trinidad Tobaqo layihələrində rəhbər vəzifələr tutub.

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13