Ziya Məmmədov: “Mən heç vaxt qaçıb gizlənmirəm…” - CAVAB
13 oktyabr 2012 14:33 (UTC +04:00)

Ziya Məmmədov: “Mən heç vaxt qaçıb gizlənmirəm…” - CAVAB

”Kimin maşını var, əlini pəncərədən çıxarıb üzərinə taksi işarəsi qoyur, istəyəndə də taksi işarəsini çıxarır, belə olmaz”. Lent.az-ın verdiyi məlumata görə, bunu nəqliyyat naziri Ziya Məmmədov söyləyib.

Ziya Məmmədov deyib ki, Nəqliyyat Nazirliyinin reydləri də bu kimi hallarla mübarizə aparmaq məqsədi daşıyır: “Dövlətin qanunları var, bu fəaliyyət lisenziya əsasında olmalıdır. Lisenziyasız bu fəaliyyətlə məşğul olanlar şəhərdə boş-boş gəzib nəqliyyatın hərəkətinə də mane olurlar”.

Nəqliyyat naziri bildirib ki, Bakıda avtobusla sərnişin daşıması ilə məşğul olan 150-yə yaxın fiziki və hüquqi şəxslər var: “Biz onlara da tövsiyə edirik ki, sərnişinlərin avtobuslarda təhlükəsiz daşınmasını təmin etsinlər, sürücülər avtobusda formada olsunlar, marşrut üzrə reysə vaxtı-vaxtında çıxsınlar. Ancaq təəssüf ki, bəzən sənədsiz sürücülər sükan arxasında əyləşir. Ya də tələsirlər. Nəzərə almırlar ki, 60-90 insan aparırlar, onların həyatını təhlükə altında qoyurlar. Nəqliyyat Nazirliyinin reydləri bu halların da qarşısını almağa yönəlib”.

Ziya Məmmədov Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətinin özünü doğrultmaması barədə iradlarla da razılaşmayıb: “Mən bu yöndə suallardan heç vaxt yayınmıram, heç vaxt qaçıb gizlənmirəm. Bəziləri Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzini sehrli çubuq sayırdılar. Hesab edirdilər ki, bu yaradılandan sonra tıxaclar aradan qalxacaq. Avtomobili insanlar idarə edir, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin quraşdırdığı lövhələr, sadəcə, harada sıxlıq olduğunu göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5905

Oxşar yazılar