Ziya Məmmədov: “Ola bilər ki, indi kimsə məni anlamır …”
Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr – dəmir yolu işçilərinin peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqda nəqliyyat naziri Ziya Məmmədov söyləyib.
Azərbaycan dövlətinin siyasətinin əsasında insanların sosial durumunun yaxşılaşması olduğunu söyləyən Ziya Məmmədov bildirib ki, 15 il əvvələ müqayisədə bu gün zalda əyləşən dəmiryolçular daha rahat, daha gözəl görünürlər: “Əlbəttə, həm daxildə, həm xaricdə Azərbaycanda inkişafı gözü götürməyənlər də var. Ancaq buna baxmayaraq, biz öz işlərimizi görürük”.
Ziya Məmmədov vurğulayıb ki, azad bazar iqtisadiyyatı mülkədarlar sinfi olmadan inkişaf edə bilməz: Ona görə düşünən beyinlər lazımdır ki, mülkədarlar dünya reallıqlarından istifadə edib inkişafa nail olsunlar. Artıq sovet dövrü olmayacaq, planlaşdırma da olmayacaq. “Azərbaycan Dəmir Yolları” da şirkətdir. Artıq arxayın olmaq olmaz ki, oturacaqsan, yük sahibi gəlib sənə deyəcək ki, yüküm var, qatar vaqon, qatar verin. Həmişə axtarış olmalıdır. Yükü cəlb etmək üçün sürət, zəmanət, yükü vaxtında mənzil başına çatdırmaq lazımdır. Bunun üçün də düşünən başlar lazımdır. Tövsiyəm odur ki, düşünən beyinləri cəlb edin. Belə mütəxəssislər yoxdursa, xaricdən cəlb olunsun. Ola bilər ki, indi kimsə məni anlamır, zamanı gələndə başa düşəcəksiniz. Bu 30 minlik kollektivi işlətmək, yaşatmaq lazımdır. 20-30 min yüklə bunu etmək olmaz”.
Nəqliyyat naziri qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi beynəlxalq reytinqlər əldə etməli, qiymətli kağızlar buraxmalıdır: “Biz Bakı-Tiflis-Qars kimi beynəlxalq koridorlar yaradırıq. Lakin yüksək səviyyəli mütəxəssisləri xaricdən belə dəvət etmək lazımdır ki, bu koridorlarla daha çox dövlətlərin yük daşımasına nail olaq. 1 ildən sonra yeni nəqliyyat dəhlizi tam istifadəyə verəndən sonra o dövrə hazır olmalıyıq. Biz indi yeni gəmi-bərələr alırıq. Bu bərələr də 1 ildən sonraya hazır olmağımız üçün nəzərdə tutulur”.

1906