Kənd təsərrüfatında ÜDM istehsalı 4 milyard manatı keçib
11 oktyabr 2012 13:51 (UTC +04:00)

Kənd təsərrüfatında ÜDM istehsalı 4 milyard manatı keçib

Car ilin 9 ayında ölkədə kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 milyard 088 milyon manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 6.3 faiz artıb. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 1-nə olan məlumata görə, 1 milyon 24 min 120 hektar sahədə biçin aparılıb və 2 milyon 762 min 520 ton məhsul istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən 331 min 561 ton artıq məhsul istehsal edilib, hektarın məhsuldarlığı 1,7 sentner artıb.
# 672

Oxşar yazılar