Valyuta ehtiyatlarımız 50 milyard dollar olacaq
11 oktyabr 2012 10:45 (UTC +04:00)

Valyuta ehtiyatlarımız 50 milyard dollar olacaq

“Tədiyə balansında ilin sonuna biz 16-17 milyard ABŞ dolları həcmində profisit gözləyirik”. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. E. Rüstəmovun sözlərinə görə, ilin sonuna strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi proqnozlaşdırılır.

“Cari ilin 9 ayında investisiyalar 27 faiz, o cümlədən qeyri-neft sektorunda 31 faiz artıb. Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 milyard dollar həcmində gözlənilir. Cari ildə təkcə regionlarda 284 yeni müəssisə yaradılıb, daha 444 müəssisə isə yaradılmaqdadır”.

MB-ın sədri onu da vurğulayıb ki, SSRİ dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılıb: “871 min əmanətçiyə nəzərdə tutulan vəsaitin artıq 30 faizi, təxminən 366 milyon manat ödənilib”.
# 727

Oxşar yazılar