BTC ilə neft axını azaldılıb
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-ECONOMICS»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında bu kəmərlə 22 925 721 ton neft ötürülüb, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 9,3% azdır.
«Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2012-ci il oktyabr ayının 1-dək BTC-yə 198 703 421 ton neft vurulub», - deyə Dövlət Neft Şirkətindən bildirilib.
Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 217 264 ton Türkmənistan nefti nəql olunub ki, bu da əvvəlki aya nisbətən 10% azdır.
Qeyd edək ki, 2006-cı ildə istifadəyə verilən BTC-nin gündəlik ötürmə gücü 1,2 mln. bareldir. BTC-nin səhmdarları sırasına «BP Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENI (5%), «Total» (5%), «Itochu» (3,4%), Inpex (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18