Bakı-Tbilisi sərnişin qatarı xəttə buraxılır - FOTO
10 oktyabr 2012 14:47 (UTC +04:00)

Bakı-Tbilisi sərnişin qatarı xəttə buraxılır - FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərindəki “Dneprovaqontəmirquraşdırma” ASC-də əsaslı təmir edilərək Bakıya gətirilmiş yeni sərnişin vaqonlarından tərtib olunmuş 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı xəttə buraxılacaq. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, qatarın yola salınması mərasimində dəmiryolçular, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edəcəklər. Yeni vaqonlardan tərtib olunmuş iki qatar hər gün hərəkətdə olacaq.


Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 50 ədəd sərnişin vaqonu istismar müddətinin keçməsi səbəbindən Ukrayna Respublikasına təmirə göndərilib. 15 vaqon artıq təmir edilərək paytaxta gətirilibr və 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı məhz həmin vaqonlardan tərtib olunub. “Dneprovaqontəmirquraşdırma” ASC-də əsaslı bərpa-təmirindən keçmiş sərnişin vaqonlarının istismar müddəti 32 il uzadılmışdır. Vaqonlar hərəkətin təhlükəsizliyinin təmin olunması tələblərinə, eləcə də yanğındanmühafizəyə qarşı tələblərə tam cavab verir. Vaqonlarda havanı kondensasiya edən monobloklu avadanlıq quraşdırılıb. Bu avadanlıqlar vaqonların qışda isti, yayda sərin olmasını təmin edir. Monobloklu avadanlıqlarda Avropa standartlarına uyğun olaraq ekoloji cəhətdən təmiz R-134A xladogentindən istifadə olunur və elektrik enerjisinə qənaət edir. Əsaslı bərpa-təmiri keçmiş bütün vaqonlarda 32 kvt-saat gücündə generator quraşdırılmaqla işıq sistemi gücləndirilib. Dayanacaqda sərinləşdirmə sistemi 1,5 saatadək işləməyə qadirdir.

Vaqonların idarəetmə lövhəsi sistem bloklu yeniləri ilə əvəz olunub. Elektrik xətlərinin işlənməsi sxeminə müvafiq idarəetmə lövhəsinin displeyində nəzarət olunur. Vaqonlarsn dəhlizlərində eyni zamanda nəzarət kameraları quraşdırılıb. SV tipli vaqonların hər kupesində televizor quraşdırılıb. Hər kupe “bələdçiləri çağırma” düyməsi ilə təchiz olunub. Vaqonların sanitar-qovşağında əl-üz yumaq üçün vakkum su kranından istifadə olunur. Bu sistem sanitar-gigiyenik tələblərə tam uyğundur və sudan qənaətlə istifadəyə imkan verir. Eyni zamanda sanitar-qovşağında ekoloji təmiz tualet quraşdırılıb. Bütün tullantılar bir tutuma yığılır və səfərdən sonra şəhər kanalizasiya sisteminə qoşulur. İşlək tambur tərəfində olan sanitar-qovşaqda, bələdçilər üçün, istirahət vaxtı yuyunmaq üçün duş da nəzərdə tutulub. Vaqonlar isti və soyuq su ilə təchiz olunub. Vaqon bələdçilərinin xidməti kupesində məişət soyuducusu, elektrib soba və pikrodalğalı soba quraşdırılıb.Sərnişinlərə məlumat vermək üçün elektron qaçan tablo-informasiya sətirlərindən (displey) istifadə olunur. Vaqonların hərəkətedici, zərbə-dartıcı hissələri və əyləc qovşaqları yüksək davamlılığa malik metallarla təchiz olunub və bununla da təmir müddətlərini keçmə vaxtları 1,5 dəfə uzadılıb. Vaqonların tavanı, divarları, arakəsmələr müasir üslubda şüşəli plastikdən hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3870

Oxşar yazılar