Azərbaycan Ukraynada turizm sərgisində təmsil olunacaq
Oktyabrın 11-dən 13-dək Ukraynanın paytaxtı Kiyevdə “Ukraine International Travel Market” adlı beynəlxalq turizm sərgisi keçiriləcək. Mədəniyyət və turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, sərgidə nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə ölkəmizin nümayəndə iştirak edəcək. Nümayəndə heyətinə şöbənin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu, “Regea Travel”, “Billur Tour”, “Geo Travl”, “Millennium Tourism & Congress DMC”, “Gilan turizm”, “Qranit AS” və “Safe Way” şirkətlərinin nümayəndələri daxildir.
Sərgidə ölkəmizin turizm potensialının nümayiş etdirilməsi məqsədilə Nazirlik tərəfindən 48 kv.m. lövhə icarəyə götürülüb. Burada paytaxt Bakı və regionlarımızın turizm imkanlarını əks etdirən 30 adda reklam-çap məhsulları yerləşdiriləcək. Təbliğat materialları stendimizlə maraqlanan ziyarətçilərə paylanacaq.
Qeyd edək ki, Azərbaycan Ukrayna sərgisində artıq 5-ci dəfədir, iştirak edir.
Jalə

Oxşar yazılar

Bakıda 5 marşrutun hərəkət sxemi dəyişdirilir
8 may 2025 , 18:49
ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
8 may 2025 , 17:45"City Garden Narimanov"da premium mənzillərin təmir prosesi başa çatmaq üzrədir "Kristal Abşeron!"
8 may 2025 , 15:56
Umico kredit xətti ilə alış-verişə 50 faiz komissiya endirimi
8 may 2025 , 14:29
Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı
8 may 2025 , 09:44
“Azercell”dən bəzi tarif paketlərindən istifadə şərtlərinin dəyişməsi ilə bağlı - Açıqlama
7 may 2025 , 17:41
"Azercell"in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
7 may 2025 , 14:44