“Mebel sənayesi məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb
Standartlaşdırma sahəsində aparılan işlərin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən “Mebel sənayesi məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (TK 14) yaradılıb. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, əmrə əsasən Texniki Komitənin Əsasnaməsi, strukturu, üzv təşkilatların siyahısı və 2012-ci il üçün Fəaliyyət Planı təsdiq edilib.
Texniki Komitənin fəaliyyətinin məqsədi məişət, ofis mebeli və ağac materialları sahələrində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasından ibarətdir.
Təsdiq olunan Tədbirlər Planına əsasən “Mebel sənayesi məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (TK 14) cari ilin sonunadək mebel sənayesi sahəsi ilə bağlı 9 milli standart layihəsi hazırlayıb SMPDK-ya təqdim etməlidir. Bunlar təhsil müəssisələrində istifadə olunan stol-stulların ölçüləri, oturacaqların müvazinətinin təyini, evlərdə istifadə olunan sabit və qatlana bilinən uşaq çarpayılarının təhlükəsizlik tələbləri və test metodları, ofis mebeli, ofis stullarında stabilliyin, sərtlik və möhkəmliyin müəyyən edilməsi üçün test metodları, ağac əsaslı materiallarda lövhə ölçülərinin (qalınlıq, en və uzunluq), qaz analizi metodu ilə formaldehitin ayrılmasının və ekstraksiya metodu ilə formaldehitin miqdarının təyini, həmçinin ağac əsaslı materiallarda bağlantı elementlərinin geri çıxma imkanlarının təyini ilə bağlı standartlardır.

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18