(R) AXA 2012 ilin ən yaxşı 100 brendi sırasında yer alıb
Interbrand Brendinq Agentliyi dünyanın ən yaxşı brendləri Best Global Brands üzrə 13 illik hesabat açıqlayıb. Hesabata əsasən, AXA brendi dörd il ardıcıl olaraq dünyanın ən yaxşı 100 brendindən biri seçilir. Ümumilikdə, AXA brendinin dəyəri 1% artaraq 6.75 milyard Avroya çatıb və bu onu dünyanın 58-ci ən yaxşı qlobal brendi və dünyanın bir nömrəli qlobal sığorta brendi edib.
AXA-nın brend dəyəri və onun aparıcı mövqeyə malik olması nəzərəçarpacaq dərəcədə şirkətin müştərilərinə təklif etdiyi xidmətin keyfiyyətində öz əksini tapır, eləcə də həmişə “əlverişli, diqqətli və etibarlı” olmaq kimi üzərinə götürmüş olduğu öhdəliyin yerinə yetirilməsində mühüm rol oynayır.
AXA-nın öz sahəsində lider olması faktından başqa, bunu qeyd etmək olduqca vacib və əhəmiyyətlidir ki, maliyyə xidmətləri sahəsində mövcud olan nisbətən çətin şəraitdə sığorta brendlərinin dəyəri ümumiyyətlə artmaqdadır. İlk növbədə qarşısına müştəri tələbatlarına cavab vermək kimi vəzifə qoyan və daima yararlı olduğunu sübuta yetirməyə çalışan sənaye üçün bu böyük göstəricidir.
Hesabatın nəticələrini şərh edən AXA Şirkətlər Qrupunun baş icraçı direktoru Veronika Veil (Veronique Weill) bildirib ki, “yenidən ən yaxşı qlobal sığorta brendi seçilməyimiz olduqca dəyərli bir göstəricidir və müştərilərimizə olan dərin və gündəlik sədaqətimizin tanınması deməkdir”.
“Onları irəli sürdükləri tələbata uyğun məhsul və innovativ xidmətlərlə təmin etmək üçün biz gərgin çalışırıq və onlar bu fərqliliyin və dəyərin şahidi ola bilirlər. Bu çətin dövrdə bizim insanlara təklif etdiyimiz ilk və vacib zəmanət olan maliyyə gücümüzlə yanaşı – komanda və distributorlarımız üzərilərinə 100 milyon müştərimizə həyatları boyu, yaxşı və pis vaxtlarında yardım etmək və onları müşayiət etmək kimi öhdəlik götürüblər. Göstərdikləri bu səyə və brendimizin bu cür dəyərli olmasında oynadıqları rola görə onlara səmimi qəlbdən təşəkkür etmək istərdim. Müştərilərimizin bizə olan etibarını qoruyub saxlamaq üçün biz göstərdiyimiz xidmətin keyfiyyətini bu səviyyədə də saxlamaqda davam etməli və müştərilərin bizə olan etibarını durmadan yaxşılaşdırmalıyıq. Bu, AXA şirkətinin aparıcı brendlər arasında qalmasının başlıca səbəbidir” - deyə, V. Veil ümumiləşdirib.
AXA Group 57 ölkədə 101 milyon müştəriyə xidmət göstərən 163 000 işçisi ilə sığorta və aktivin idarə edilməsi üzrə dünyada aparıcı şirkətdir. 2011-ci ildə IFRS gəlirləri 86.1 milyard təşkil edib və IFRS-in əsas gəlirləri 3.9 milyarda çatıb. AXA 31 dekabr 2011-ci il tarixə aktivlər üzrə 1,065 milyard vəsaitə malik olub.
Xatırladaq ki, dünyanın ən iri sığortaçısı Azərbaycanda da təmsil edilib. 2010-cu ilin oktyabr ayında AXA şirkəti, özünün ispaniyalı törəmə cəmiyyəti olan AXA Sequros Generales, S.A, De Sequros Y Reasequros-un vasitəsi ilə Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan MBASK-ın səhmlərinin nəzarət paketini əldə edib. Bu gün, dünyanın ən iri sığorta şirkəti Azərbaycanda öz fəaliyyətini AXA MBASK Sığorta Şirkəti tərəfindən həyata keçirir.
Interbrand Ən Yaxşı Qlobal Brendlər reytinqi üç meyara əsaslanaraq brendin dəyərini hesablayır: onun maliyyə fəaliyyəti, brendinin gücü və brendin məhsul və xidmətlərin alınmasında rolu. Daha ətrfalı məlumatla http://www.interbrand.com/en/best-global-brands/2012/Best-Global/Brands-2012.aspx ünvanında tanış ola bilərsiniz.

1033