
Yararsız vəziyyətə düşən Şamaxı-Padar yolu yenidən qurulur – FOTO
Lent.az-ın “azeryol.az” saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 121-ci km-dən başlayan yolun 28 km hissəsi asfalt-beton, qalan 25 km hissəsi isə qara örtüklüdür. Ancaq 80 faizdən çox hissəsi istismara yararsız vəziyyətdə olan 53 km-lik hissədə əksər yerlərdə torpaq yatağı aşınmaya məruz qalıb, yol geyimində çoxlu sayda sınmalar, çalalar, çökmələr yaranıb. Yol boyu 1 ədəd körpü, Bakı-Tbilisi dəmir yolu xətti üzərində yol ötürücüsü və 42 ədəd suötürücü boru var. 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması davam etdirilən yolda artıq 10 km hissəyə 3 qat asfalt-beton örtük salınıb, 27 km məsafədə isə yolun əsasının tikintisi başa çatdırılıb.
Qeyd edək ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.
Qeyd edək ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarını respublikanın cənub, cənub-qərb rayonları ilə əlaqələndirir.
Oxşar yazılar

Azərbaycan nefti bahalaşdı
9 avqust 2025 , 08:36
Hazır mənzil axtaranlara əla xəbər: Nərimanovda köç-yaşa, 4 otaq mənzillər satışda - "Kristal!"
8 avqust 2025 , 14:46
Bakının bu ərazilərində işıq olmayacaq
8 avqust 2025 , 11:59
Azərbaycanda elektrik enerjisinə tələbat rekord həddə çatdı
8 avqust 2025 , 11:05
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47