Çaylarımızda bəndlərin möhkəmləndirilməsi davam edir
01 oktyabr 2012 12:49 (UTC +04:00)

Çaylarımızda bəndlərin möhkəmləndirilməsi davam edir

“2012-ci ilin 8 ayı ərzində Kür, Araz və onlara qovuşan çaylardakı mövcud torpaq mühafizə bəndlərinin 74,1 km hissəsində hündürləndirmə və möhkəmləndirmə işləri, 2826 kbm betonitlərlə və 2716 kbm faşinlə sahilbərkitmə işləri görülüb”. Lent.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib.

ASC sədrinin sözlərinə görə, Kür çayının uçmaya meylli sahillərində 91,8 km məsafədə qayakəsmə işləri görülüb və 8 ədəd su keçidləri tikilib: “Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılmış vəsait (10,1 mln. manat) və Maliyyə Nazirliyinin əmri ilə ayrılmış vəsait (13,0 mln. manat) hesabına bəndlərdə 182,95 km məsafədə (Kür çayı 110,75 km, Araz çayı 43,8 km və Girdiman çayı 43,8 km) təmir-bərpa işləri, Kür çayının təhlükəli döngələrində 730 pm məsafədə daş tökmə ilə sahilbərkitmə işləri aparılıb”.
# 692

Oxşar yazılar