Borclu vergi ödəyicilərinin əmlakı siyahıya alındı
Bakı Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev. "Q", m.21 ünvanda yerləşən, fiziki şəxs Xankişiyev Rüfət Atakişi oğluna məxsus (VÖEN: 1100580052) “Ankara fast food” ictimai-iaşə obyektində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Xankişiyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən yoxlanılarkən, onun bu ilin avqust ayında 3 min 560 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib.
Vergi ödəyicisinə avqust ayının 14-də borc bildirişi göndərilib, sentyabr ayının 14-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi R.Xankişiyevə məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb. R.Xankişiyev borcun bir hissəsini dövlət büdcəsinə ödəyib, qalan hissənin ödənilməsini təmin etmək məqsədilə ona məxsus 2 min 155 manat məbləğində müxtəlif mebel, məişət texnikası və avadanlıq qanuna müvafiq qaydada siyahıya alınıb.
Həmin gün vergi xidməti əməkdaşları daha bir iri ticarət mərkəzində - Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanda yerləşən, “Müasir Ticarət Texnologiyaları” MMC (VÖEN: 1200484302) tərəfindən icarəyə götürülmüş “Makros” supermarketində də əmlakın siyahıya alınmasını həyata keçiriblər. “Müasir Ticarət Texnologiyaları” MMC-nin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 55 min manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib, sentyabr ayının 18-də müəssisəyə məxsus əmlakın siyahıya alınması haqqında vergi orqanları tərəfindən qərar çıxarılıb. Sentyabr ayının 26-da “Makros” ərzaq mağazasındakı 21 min 987 manat məbləğində uzun müddət istifadəyə yararlı olan müxtəlif növ qida məhsullarının, həmçinin alkoqollu içki və tütün məmulatlarının, məişət texnikası və avadanlığının, qadın və uşaq geyimlərinin və ətriyyat məhsullarının müvafiq qaydada siyahıya alınması həyata keçirilib.

963