Azərbaycan şirkəti Moskvanın məşhur ticarət mərkəzini alır
28 sentyabr 2012 14:29 (UTC +04:00)

Azərbaycan şirkəti Moskvanın məşhur ticarət mərkəzini alır

Azərbaycanın “PNN Group” şirkəti Moskvadakı elitar “Tsvetnoy Central Market” ticarət mərkəzinin alınması üçün danışıqlara başlayıb. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, “PNN Group” şirkətinin ortağı Nəsib Piriyev ticarət mərkəzinin məxsus olduğu “RGİ İnternational” şirkətinin developeri ilə danışıqlar apardıqlarını söyləyib.

Bundan əvvəl “PNN Group” “Tsvetnoy Central Market” ticarət mərkəzinin beşinci və altıncı mərtəbələrini icarəyə götürməyə qərar verib və buna nail olub. Bu mərtəbələrdə iki restoran, bar, fermer bazarı – qastronom və supermarket yerləşir.

2010-cu ilin sonlarında Svetnoy bulvarda açılmış 8 mərtəbəli ticarət mərkəzinin sahəsi 36, 5 min kv.m-dir. “Tsvetnoy Central Market”-də 387 avtomobil üçün yeraltı dayanacaq var. Bu ilin martında “RGİ İnternational” şirkətinin baş direktoru Andrey Nesterenko ticarət mərkəzini satmağa hazırlaşdıqlarını söyləyib. “RGİ İnternational” bu ticarət mərkəzini “Sberbank” qarşısında götürdüyü öhdəliklə birlikdə satmaq niyyətindədir. Şirkət bu obyektin tikintisi üçün 2018-ci ilin sonlarına qədər qaytarmaq şərti ilə 150 milyon dollar kredit götürüb. 2011-ci ilin sonlarında “Tsvetnoy Central Market”-nin bazar dəyərinin 228,8 milyon dollar olduğu açıqlanıb. Beləliklə, “RGİ İnternational” alqı-satqıdan 79 milyon dollar təmiz gəlir əldə edəcək.

“PNN Group” isə holdinqin hazırkı ortağı Nəsib Piriyevin atası Nizami Piriyev tərəfindən Bakıda yaradılıb. Holdinqin əsas aktivi “AzMeCO” şirkətidir. Bu şirkət neft-kimya və metanol istehsalı ilə məşğuldur. “PNN Group” həm də De Beers və Hamleys şəbəkəsinin Azərbaycan və Ukraynada mağazalar açmaq üzrə tərəfdaşıdır. “PNN Group” bu ölkələrdə françayziq əsasında “KFC” qəlyanaltılar şəbəkəsini inkişaf etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4318

Oxşar yazılar