“Azərenerji” qəza ilə bağlı açıqlama yaydı
28 sentyabr 2012 11:42 (UTC +04:00)

“Azərenerji” qəza ilə bağlı açıqlama yaydı

ASC-nin mətbuat xidmətindən “APA-ECONOMICS”ə verilən məlumata görə, açıqlamada bildirilir ki, 28.09.2012-ci il tarixdə güclü leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 06:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. İldırım vurması nəticəsində Hava Açarı və 330 kV-luq gərginlikli transformator zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən sistemdə enerji fasiləsi yaranıb.

Qısa müddət ərzində görülmüş tədbirlər nəticəsində respublikanın şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam təmin olunub.

Qeyd edək ki, yanğın FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3635

Oxşar yazılar