(R) “NBC Bankın” aktivləri 30 faiz artıb
26 sentyabr 2012 12:01 (UTC +04:00)

(R) “NBC Bankın” aktivləri 30 faiz artıb

NBC Bankda qeydə alınan son maliyyə göstəriciləri Bankın davamlı inkişafda olmasını nümayiş etdirməkdədir. Cari il sentyabr ayının 1 – nə olan maliyyə məlumatlarına əsasən əminliklə deyə bilərik ki, müştərilərimizin bankın etibarlılığına olan inamı daha da artıb. Belə ki, son 8 ay ərzində NBC Bankın aktivlərində 30% artım qeydə alınıb.

Xatırladaq ki, NBC Bank 1992-ci ildə təsis edilib, ölkədə ilk və aparıcı banklardan biri hesab olunur. NBC Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını təqdim edir. Onların arasında depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, və digər bank xidmətləri yer almaqdadır.

Qeyd edək ki, bankın xidmətindən istifadə etmək istəyənləri Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialımıza müraciət etməyə dəvət edirik.

NBC Bankın təklif etdiyi bank xidmətləri ilə bağlı ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng edə bilərsiniz.

NBCBank – hər zaman yanınızda!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar