Bakının su təchizatı sisteminin vəziyyətini fransızlar araşdıracaq
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə Fransanın “Suez Environnment” şirkəti arasında “Bakı şəhərinin su təchizatı xidmətlərinin əməliyyat qiymətləndirilməsi və Master Plana dəstək” layihəsi üzrə müqavilə bağlanıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, müqaviləni “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və “Suez Environnment” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti Erik Gebal imzalayıblar.
Müqavilə Bakı şəhərinin mövcud su təchizatı sisteminin vəziyyətini araşdırmaq, zəif tərəfləri üzə çıxarmaq və fasiləsiz su təchizatına nail olmaq üçün Fəaliyyət Planının müəyyənləşdirilib təqdim edilməsini, eyni zamanda təcrübə mübadiləsini nəzərdə tutur. Qorxmaz Hüseynov deyib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri icra olunur: “Əsas məqsədimiz Azərbaycan əhalisini fasiləsiz və keyfiyyətli içməli su ilə təchiz etməkdir. Buna nail olmaq üçün dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edirik. Abşeron yarımadası üzrə Master Planın hazırlanması üçün Türkiyə şirkətləri ilə müqavilə bağlamışıq və Master Planın ilkin təqdimatı da keçirilib. Ümidvaram ki, Fransa şirkəti ilə əməkdaşlıqdan sonra uğurlarımız daha da artacaq və möhtərəm Prezidentin qarşımızda qoyduğu tapşırıqları vaxtında və uğurla icra edəcəyik”.
Azərbaycan Prezidentinin Fransaya son səfəri zamanı iş adamları ilə görüşündə iştirak etdiyini xatırladan “Suez Environnment” şirkətinin beynəlxalq inkişaf üzrə icraçı vitse-prezident Erik Gebal su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycanda aparılan irimiqyaslı layihələrdən xəbərdar olduğunu bildirib: “Dünyanın bir çox ölkəsində işləyən “Suez Environnment” şirkətinin rəhbərliyi Azərbaycanda həyata keçirilən layihələrdə iştirakdan məmnundur. Sizləri əmin edirəm ki, imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq üzərimizə götürdüyümüz öhdəlikləri tam yerinə yetirəcəyik və təkmil bir sənəd hazırlayıb “Azərsu” ASC-yə təqdim edəcəyik”.

1505