Neft bahalaşıb
Dünya bazarında neftin qiyməti qalxıb. Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət investorların neftə olan tələbatın artacağı gözləntisi fonunda bahalaşıb.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin qiyməti 0,47 dollar yüksələrək 92,89 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 1,39 dollar bahalaşaraq 111,42 dollara çatıb.

864