DəmirBank-da əhalinin əmanətləri 29,1 faiz artıb
20 sentyabr 2012 15:55 (UTC +04:00)

DəmirBank-da əhalinin əmanətləri 29,1 faiz artıb

DəmirBank-ın aktivləri 1 sentyabr 2012-ci il tarixinə 375,4 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 44,8 mln. manat və ya 13,6% çoxdur. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 36,8 mln. manat və ya 14,9% artaraq 283,6 mln. manatı keçib.

Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2012-ci il tarixinə 148,7 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 sentyabr 2012-ci il tarixinə 124,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 29,1% və ya 28 mln. manat çoxdur.

Bankın nizamnamə kapitalı 1 sentyabr 2012-ci il tarixinə 21 mln. manat, məcmu kapitalı isə 56,8 mln. manat olub.

Ölkənin ilk və aparıcı banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar