Azərbaycanda 1 milyon insanın içməli su problemi həll olunur
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ı çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam edir.
Hazırda Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən yeni tikiləcək “+ 118” su anbarına qədər 11 km uzunluğunda 2 paralel xətt (1620 mm diametrində), həmçinin “+ 118” su anbarından Balaxanı anbar kompleksinə qədər 21 km uzunluğunda 2 paralel xətt (1420 mm diametrində) çəkilir. Tikinti işlərinə başlanandan indiyə qədər 3 km uzunluğunda boru qaynaq edilmiş, 5 km-dən artıq hissədə xəndək qazılıb. İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib. Ümumi uzunluğu 150 km-dən çox olacaq Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin tikintisi 2013-cü ildə başa çatdırılacaq.
Qeyd edək ki, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin ərazisində tikilən ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su xətti istismara veriləndən sonra Abşeron yarımadasının şərq hissəsindəki kənd və qəsəbələrin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq. İndiyə qədər qrafiklə su alan ərazilərlə yanaşı, mərkəzləşdirilmiş qaydada içməli su almayan Pirallahı, Zirə, Dübəndi, Qala, Şüvəlan, Mərdəkan və digər qəsəbələrə fasiləsiz su veriləcək. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ına uyğun olaraq ətraf qəsəbələrin hər birində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq, suyun özüaxımlı rejimdə aparılması məqsədilə ümumi tutumu 200 min kubmetrdən çox olan 10 anbar kompleksi inşa olunacaq. Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı xətti ilə nəql olunan suyun bir hissəsi Hövsan, Suraxanı və Sabunçu qəsəbələrinə yönəldiləcək. Ümumilikdə, məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq.

2326