Azərbaycan-İndoneziya biznes forumu keçirilib
İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət geniş tərkibdə nümayəndə heyəti ölkəmizdə səfərdədir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub.
Eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, məzarı üzərinə çiçək dəstələri düzüblər. İndoneziya nümayəndə heyəti Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər. Sonra İndoneziyanın Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Şahin Mustafayev Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını söyləyib. İqtisadi inkişaf naziri qarşılıqlı rəsmi və işgüzar səfərlərin, təşkil edilən biznes forum və işgüzar görüşlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində əhəmiyyətli olduğunu bildirib.
Görüşdə Azərbaycan və İndoneziya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilib, işgüzar əlaqələrin genişlənməsi üçün potensial imkanlardan səmərəli istifadənin əhəmiyyəti diqqətə çatdırılıb. İndoneziyanın iqtisadi məsələlər üzrə koordinasiya naziri Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin inkişafında ölkələrimizin böyük perspektivə malik olduğunu qeyd edib. Sonra Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İndoneziya biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və İndoneziya tərəfindən nəqliyyat, dağ mədən sənayesi, turizm, daşınmaz əmlak, heyvandarlıq, bitkiçilik, balıqçılıq və digər sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak edib.
Biznes forumda AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib. O, İndoneziya şirkətlərini Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib, bu sahədə AZPROMO-nun lazımi köməklik göstərəcəyini diqqətə çatdırıb. Tədbirdə iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, Azərbaycanın biznes mühiti və investisiya potensialına dair təqdimat keçirilib, ölkəmiz haqqında video çarx nümayiş olunub. Biznes forumda həmçinin, İndoneziya şirkətlərinin təqdimatları keçirilmiş, onların fəaliyyət sahələri barədə məlumat verilib. AZPROMO tərəfindən iş adamlarına Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanlarına dair bukletlər və müxtəlif çap məhsulları paylanıb. Biznes forum zamanı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, AZPROMO ilə İndoneziyanın Ticarət və Sənaye Palatası arasında, eləcə də Azərbaycanın “Gənc sahibkarlar şəbəkəsi” ilə “İndoneziyanın Gənc Sahibkarları Assosiasiyası” arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb. Hatta Racasanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Sənaye və Energetika Nazirliyində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində, Əmlak Məsələləri Dövlət Komitəsində və Dövlət Neft Fondunda görüşlər keçirilib. İndoneziya nümayəndə heyəti səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və “İçəri şəhər”lə də tanış olacaq.

1603