13 ölkədə vaqonları istismar edilən şirkət Azərbaycanla maraqlanır - FOTO
Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbərliyi ilə İsveçrənin “Stadler Rail” şirkətinin nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə “Stadler Rail” şirkətinin vitse-prezidenti Peter Enelten, MDB dövlətləri üzrə kommersiya direktoru Mattias Şter, şirkətin texniki xidmət şöbəsinin rəisi Daniel Ber daxildir. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən, əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyindən danışıb. O, dəmir yolunda həyata keçirilən islahatlar, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən nəqliyyat sektorunda yeni dönəm başlayıb. Gələcəkdə artması nəzərdə tutulan tranzit daşımaların mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasını təmin etmək baxımından, bu gün görülən işlər çox əhəmiyyətlidir. “Azərbaycan Dəmir Yolları” QSC-nin investisiya layihələrində aktiv iştirakı, əslində, gələcəyə hesablanmış bir addımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 iyul 2010-cu ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatların əsaslı təmiri, Bakı – Böyük-Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, 317 km yolun əsaslı təmiri, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələrin icrası istiqamətində mühüm addımlar atılır: “Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərdən biri də yeni sərnişin vaqonlarının alınmasıdır. Bu baxımdan İsveçrənin “Stadler Rail” şirkətinin öz xidmətlərini təklif etməsini yüksək qiymətləndiririk”.
Nümayəndə heyətinin rəhbəri, “Stadler Rail” şirkətinin vitse-prezidenti Peter Jenelten bildiriç ki, şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. 4500 işçisi olan şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə vaqonqayırma zavodları fəaliyyət göstərir. Hazırda dünyanın 13 ölkəsinin dəmir yolunda “Stadler Rail” şirkətinin istehsalı olan sərnişin qatarları, xüsusi vaqonlar, tramvaylar və manevr teplovozları istismar olunur. Görüş iştirakçılarına “Stadler Rail” şirkətinin istehsalı olan elektrik, regional, regionlararası, dizel və sərnişin qatarlarını, zavodların iş prosesini əks etdirən video-rolik təqdim olunub.
İkitərəfli münasibətlərin bundan sonra davam etdirilməsi qərara alınıb.

2018