İqtisadi İnkişaf Nazirliyinə 600-ə yaxın elektron müraciət daxil olub
12 sentyabr 2012 10:57 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinə 600-ə yaxın elektron müraciət daxil olub

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.

Sahibkarlar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edərək tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini də on-line rejimində həyata keçirə bilər və ya ödənişə dair təsdiqedici sənədləri elektron qaydada göndərərək, nazirlik tərəfindən verilən lisenziyaları, mənşə və keyfiyyət sertifikatlarını ala bilərlər. Nazirlikdə kommersiya hüquqi şəxslərin qrant müqavilələrinin qeydiyyatı da on-line rejimində aparılır. Bundan başqa, sahibkarlar nazirliyin internet səhifəsində yaradılmış xüsusi bölməyə daxil olmaqla, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən cərimə və maliyyə sanksiyalarını on-line rejimində ödəyə bilərlər.

İndiyədək İqtisadi İnkişaf Nazirliyinə lisenziya və mənşə sertifikatlarının alınması üçün 600-ə yaxın elektron müraciət daxil olub. Bu müraciətlərin icrası qanunvericiliyə uyğun olaraq, on-line rejimində təmin edilib. Bundan başqa, daxil olmuş elektron müraciətlər əsasında kommersiya hüquqi şəxslərin qrant müqavilələri elektron qaydada qeydiyyata alınmış, dövlət nəzarəti tədbirləri zamanı tətbiq edilən cərimə və maliyyə sanksiyalarının on-line rejimində ödənişi həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086

Oxşar yazılar