
Azərbaycanda qaz və buxar istehsalı bahalaşıb
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytın istinadən verdiyi məlumata görə, avqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 8,7 faiz bahalaşıb. Ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 110,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 10,5 faiz bahalaşmış, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6 faiz ucuzlaşıb. Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 4,6 faiz, tütün məmulatlarının istehsalı üzrə 4,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 3,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 2,4 faiz, neft məhsullarının istehsalı və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,7 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,5 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3 faiz, içki istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı və tikinti məmulatlarının istehsalı üzrə 0,1 faiz ucuzlaşıb. Rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə 1,9 faiz, qida məhsullarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3 faiz, geyim istehsalı, kimya və metallurgiya sənayesi üzrə 0,2 faiz, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,3 faiz bahalaşma müşahidə olunub.
Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi üzrə istehsalçı qiymətlərində 0,3 faiz bahalaşma müşahidə olunub.
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49