Azərbaycan və Litva arasında mühüm saziş
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Litva Respublikasının daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
APA-nın məlumatına görə, sentyabrın 7-də Qəbələdə keçirilən görüşdə fövqəladə hallar zamanı əməkdaşlıq, iki ölkə mütəxəssislərinin birgə iştirakı ilə fövqəladə hallar sahəsində kadrların hazırlanması, birgə təlimlərin keçirilməsi məsələləri müzakirə edilib. Sonra iki ölkənin hökumətləri arasında fövqəladə halların qarşısının alınması, aradan qaldırılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalanıb.
Qeyd edək ki, Litvanın daxili işlər naziri Arturas Melianas və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının Komandanlığının və nazirliyin akademiyasının fəaliyyəti ilə tanış olub.

Oxşar yazılar

Sabah Azərbaycanın bu ərazilərində qaz kəsiləcək
19 may 2025 , 19:51
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəlib
19 may 2025 , 15:28
"Azercell" rəsmi olaraq "Əla İş Yeri" kimi tanınıb
19 may 2025 , 12:10
Maaşlar gecikirsə, işçiyə əlavə faiz necə ödənilir? - CAVAB
19 may 2025 , 11:24
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib
16 may 2025 , 21:27Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
16 may 2025 , 16:49
Cahangir Əsgərovla bağlı YENİ XƏBƏR
16 may 2025 , 16:21