(R) Azercell-dən yeni kampaniya
06 sentyabr 2012 12:29 (UTC +04:00)

(R) Azercell-dən yeni kampaniya

Azercell Telekom MMC yeni kampaniyaya start verib. “20 GB - 20 AZN” adlı kampaniya korporativ fakturalı xətt abonentlərinin Mobil internetə olan tələbatının ödənilməsi və iş fəaliyyətinin optimallaşdırılması məqsədilə istifadəyə verilib. Bu kampaniya eksklüziv olaraq bütün korporativ fakturalı xətt abonentləri üçün təqdim olunur. Kampaniyanın şərtlərinə əsasən abonentlər hər ay 20 GB internet paketi üçün cəmi 20 AZN (ƏDV daxil) ödəniş edəcəklər. Bundan əlavə abonentlərə pulsuz olaraq MiFi cihazı da hədiyyə olaraq təqdim ediləcəkdir. MiFi cihazı vasitəsilə eyni zamanda 5 nəfər İnternetə qoşula biləcək. Bundan əlavə, abonentlər 21 Mb/s-ə qədər sürət imkanından yaralana biləcəklər. Onu da qeyd edək ki, ilk faktura dövründə abonentlər yalnız 10 AZN ödəniş edəcəklər. Güzəştli kampaniya əsasında abonentlər ən az 10 ay ərzində bu paketdən davamlı olaraq istifadə etməlidir. Kampaniyanın daha bir üstünlüyü isə ondan ibarətdir ki, kampaniya bitdikdən sonra da abonentlər bu paketdən davamlı yararlana biləcəklər. Digər bir tərəfdən kampaniyaya qoşulan bütün korporativ fakturalı xətt abonentləri üçün 20 GB paketi 20% endirim ilə təqdim olunacaq. “20 GB – 20 AZN” kampaniya üzrə cihazların satışı və stimullaşdırılması Korporativ Satış şöbəsi tərəfindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, bu kampaniya yaxın gələcəkdə fərdi abonentlər üçün də təqdim olunacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2819

Oxşar yazılar