"İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm"
Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransı keçirilir. Lent.az-ın məlumatına görə, iki gün davam edəcək konfransda BMÜTT-nin baş katibi Taleb Rifai, İranın vitse-prezidenti, Mədəni İrs, Turizm və İncəsənət Təşkilatının rəhbəri Həsən Musəvi, BMÜTT-nin məruzəçiləri, ekspertləri, İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni irs və Turizm Təşkilatının (ICHTO) sədri, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Litva və Pakistandan nazir və nazir müavinləri, İspaniya, Koreya, Rusiya, Bolqarıstan, İsveçrə, Belçika, İtaliya, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Tailand, Fransa, Almaniya və Çinin milli turizm və turizm təşkilatlarının, həmçinin dünyanın aparıcı KİV-in nümayəndələri iştirak edir.
Dünya turizmini əks etdirən video-rolik nümayişindən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin önəmindən danışıb. Nazir Azərbaycanın qonaqpərvər ölkə olduğunu diqqətə çatdıraraq, bu tədbirdən sonra xaricilərin bir daha buna şahid olacağını deyib: “Biz son tikəmizi belə qonaqla paylaşan millətik. Sülhpərvər və açıq düşüncəli olmağımızla hər zaman seçilmişik. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir. Azərbaycanın Ümumdünya Turizm Təşkilatında öz yeri və nüfuzu var. Azərbaycanda çoxsaylı beynəlxalq festivalların və tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir. Ümumdünya Turizm Təşkilatı ilə çox sıx əməkdaşlıq mövcuddur”.
Ə.Qarayev keçirilən iki günlük konfransdan sonra regionlara səfərlər təşkil olunacağını söyləyib.
İranın vitse-prezidenti Həsən Musəvi Bakının qonaqpərvərliyini xüsusi diqqətə çatdırıb: “Bakı əhlinin bizə diqqətindən mütəəssir olduq. İranı bu ölkədə təmsil etməyimə şadam və bu qonaqpərvərliyinizdən dolayı minnətdarlıq edirəm. Təqdirəlayiq addıma, eyni zamanda belə yüksək səviyyədə konfransın təşkilinə görə şadam”.
Vitse preizdent bildirib ki, İran hər zaman turizmə xüsusi diqqət ayırıb və bizim ölkədə bu proses yetəri qədər güclü gedir: “ Ötən il ərzində ölkəmizə 3 milyon turist gəlibsə, bu say 2012-ci ilin sonuna qədər 7 milyon təşkil edəcək. Bu da kifayət qədər artım deməkdir və bu hal bizi sevindirir. İranda əsasən, halal nemətlər satılır ki, bu da qeyd olunası bir faktdır. Biz turizm sahəsini, turizm potensialını hər baxımdan düzgün inkişaf etdirməliyik”.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan və Türkiyə mətbəxlərinin təqdimatı və ustad dərsləri təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək. Tədbir çərçivəsində iştirak edəcək dünyanın aparıcı KİV nümayəndələrinin Azərbaycanın regionlarına press-turunun təşkili də nəzərdə tutulur.

1552