Əbülfəs Qarayev: “Bu il Azərbaycana gələn turistlərin sayı 7 faiz artıb”
Ümumdünya Turizm Təşkilatında (ÜTT) Azərbaycan üçün xüsusi iş yeri açılıb. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfransda deyib. Nazir bildirib ki, ötən il Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu təşkilatda Azərbaycana xüsusi bir iş yerinin açılmasına dair söz verib və artıq bu proses həyata keçirilib: “Artıq Ümumdünya Turizm Təşkilatında Azərbaycanın hesabına və onların tam tərkibində nümayəndəmiz çalışır. Bu konfransın məqsədi İpək yolu üzərinə yerləşən ölkələrə turizm axının çoxaldılmasıdır. Bu ilin sonuna - gələn ilin əvvəlində qədər Azərbaycanda xüsusiləşdirilmiş turizm konfransı keçiriləcək ki, bununla da Azərbaycan da dünya turizminə töhfəsini verəcək”.
Nazir onu da deyib ki, turizm sahəsində Azərbaycanda keçən ilə nisbətən bu il 7% artım var: “Azərbaycan bu il turizm sənayesində 7 faiz artırmaya nail olub. Bu da yeni açılan mehmanxanalar, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən irəli gələn inkişafdır”.
Jalə

919