Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 46-cı yerdədir
05 sentyabr 2012 14:02 (UTC +04:00)

Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 46-cı yerdədir

APA-ECONOMICS”in xəbərinə görə, bu barədə Dünya İqtisadi Forumunun bu gün dərc etdiyi “Global Competitivness Report 2012-2013” adlı hesabatında bildirilir. Hesabata əsasən, Azərbaycan ötən il tutduğu mövqeyini (55-ci yer) yaxşılaşdıraraq, 9 pillə irəliləyib. Qonşu ölkələrdən Gürcüstan 77-ci, Ermənistan 82-ci, Türkiyə 43-cü, Rusiya isə 67-ci yeri tutub.


Siyahıya ötən ilki kimi İsveçrə və Sinqapur başçılıq edir. İlk üçlüyü Finlandiya tamamlayır.

Qeyd edək ki, Dünya İqtisadi Forumu milli rəqabət qabiliyyətliliyi ölkənin və onun institutlarının orta müddətli perspektivdə möhkəm olacaq iqtisadi artımın stabil templərini təmin etmək qabiliyyəti kimi müəyyən edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1367

Oxşar yazılar