Dövlət Statistika Komitəsi: Un bahalaşıb
05 sentyabr 2012 12:25 (UTC +04:00)

Dövlət Statistika Komitəsi: Un bahalaşıb

Dövlət Statistika Komitəsi avqust ayında istehlak bazarında qiymətlərin dəyişməsi haqqında məlumat yayıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqust ayında ərzaq məhsullarının qiymətlərinin 0,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,3 faiz ucuzlaşması, qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz ucuzlaşmasına səbəb olub.

Ay ərzində ərzaq məhsullarından qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, yumurtanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, şaftalının, pomidor və xiyarın, bibərin, badımcanın, soğanın, kartofun qiyməti ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı avqust ayında unun, manna yarmasının, çörəyin, mal və qoyun ətinin, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, göy lobyanın, sarımsağın, qarpız və yemişin qiymətlərində bahalaşma da müşahidə olunub. Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən internet tariflərində ucuzlaşma müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941

Oxşar yazılar