Türkiyənin 30 şirkətinin nümayəndəsi Azərbaycana gəlib
Türkiyənin “ASKON” təşkilatına daxil olan, yüngül və qida sənayesi, inşaat, mebel və İKT sektorlarında fəaliyyət göstərən 30-a yaxın şirkətinin nümayəndəsi ölkəmizdə səfərdədir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Türkiyə şirkətləri ilə görüş keçirilib.
Görüşdə AZPROMO Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğu vurğulanıb. Qeyd edilib ki, bir sıra iri layihələrin fəal iştirakçısı olan Azərbaycan həm də investisiya ixracatçısıdır.
Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə geniş məlumat verilmiş, qonaqları maraqlandıran suallar cavablandırılıb, AZPROMO tərəfindən Türkiyə şirkətlərinə ölkəmizdə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da dəstək göstəriləcəyi bildirilib. Azərbaycana səfər çərçivəsində Türkiyə şirkətləri bir sıra görüşlər keçirib, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49