Azərbaycanda yeni yol çəkmək üçün 4 partlayış törədiləcək - FOTO
29 avqust 2012 16:31 (UTC +04:00)

Azərbaycanda yeni yol çəkmək üçün 4 partlayış törədiləcək - FOTO

Qusar-Əniğ-Ləzə Suvar düşərgəsi avtomobil yolunun tikintisi davam etdirilir. Lent.az-ın “Azəryolservis”in saytına istinadən məlumatına görə, Qusar şəhər avtovağzal dairəsindən başlamaqla Suvar düşərgəsinədək uzanan yolun ümumi uzunluğu 39 km təşkil edir. Yolun ilk 7 kilometr hissəsi 1-ci texniki dərəcəli 4 zolaqlı, 7-21-ci kilometrə qədər hissəsi 2-ci texniki dərəcəli 2 zolaqlı, 21-36-cı kilometrə qədər hissəsi 3-cü texniki dərəcəli 2 zolaqlı, 36-39 kilometrədək isə 4-cü texniki dərəcəli 2 zolaqlı olacaq.



Yol boyu 7 körpünün və müxtəlif diametrli 30-dan çox suötürücü borunun tikintisi işləri artıq başa çatdırılıb. Körpülərdən 3-nün uzunluğu 18 metr, 2-nin uzunluğu 12 metr, digərlərinin isə müvafiq olaraq 54 və 108 metr, eni isə 11,5 metrdir. Bundan əlavə, yolun 18 kilometrlik hissəsində ikiqat asfalt-beton örtüyünün vurulması işləri də tamamlanıb. Hazırda genişləndirilməsi nəzərdə tutulan yolun 30-36-cı kilometrinədək olan hissəsində torpaq işləri davam etdirilir. Həmin ərazidə avtomobil yolu mürəkkəb relyefə malik dağlıq yerdən keçdiyi üçün 4 yerdə partlayış işləri də nəzərdə tutulub.

Qeyd edək ki, keçdiyi ərazi gözəl təbiət mənzərəsi ilə zəngin olduğu üçün yolun yenidənqurulması turizmin inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5946

Oxşar yazılar