Bakıda yarım milyonluq ev müsadirə olunub
28 avqust 2012 12:07 (UTC +04:00)

Bakıda yarım milyonluq ev müsadirə olunub

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabrın 25-də hərraca çıxarılacaq müsadirə edilmiş dövlət mülkiyyətinə keçən əmlaklar haqqında məlumat yayıb. Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsadirə edilərək hərraca çıxarılacaq əmlaklar arasında dəyəri yüksək olan evlər var.



Bunlardan biri Bakı şəhəri, Səbail rayonu, Muxtarov küçəsi 185, mənzil 24 ünvanında yerləşən, sahəsi 165,2 kv.m olan yaşayış evidir. Əmlakın tam qiyməti 99 min 120 manat, ilkin hərrac qiymət 49 min 560 manatdır. Hərraca çıxarılan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağlar massivindəki 1143 saylı bağ evinin sahəsi isə 463,62 kv.m, tam qiyməti 104 min manat, ilkin hərrac qiymət 52 min manatdır.





Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsi 66 ünvanında yerləşən yaşayış evi də hərraca çıxarılıb. Yaşayış evinin tam qiyməti 571 min manat, ilkin hərrac qiyməti 285 min 500 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500

Oxşar yazılar