Şad xəbər: Zabrat yolu tamamilə açıldı - FOTO
Bir müddət idi ki, Bakının bir sıra kənd və qəsəbələrinə aparan Şəhər şosesində, yəni Sabunçu qovşağından Zabrat dairəsinədək olan yolda əsaslı təmir işləri həyata keçirilirdi və bu səbəbdən yol bağlanmışdı. “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, artıq yolda həyata keçirilən təmir işləri demək olar ki, yekunlaşıb və yol tamamilə açılaraq sürücülərin istifadəsinə verilib.
Son olaraq, yolun Zabrat dairəsindən şəhər istiqamətinə olan 300 metr hissəsi bağlı olub. Həmin hissədə xəttləmə və genişləndirilmiş 250 metr yolda son asfalt örtüyünün vurulması işi qalıb. Yaxın 2-3 gün ərzində bu işlər də başa çatdırılacaq və Şəhər şosesindəki iş tamamilə yekunlaşacaq.
Qeyd edək ki, Sabunçu qovşağı ilə Zabrat dairəsini birləşdirən yolun uzunluğu 6,5 kilometrdir. Yolun eni isə 22 metrdir. Bəzi ərazilərdə yolun eni 18 metr olub ki, təmir işlərindən sonra həmin hissələr genişləndirilərək 22 metrə çatdırılıb.
Nizam RZA

3646