(R) “Parabank, Paramızın etibarlı evi”
23 avqust 2012 10:40 (UTC +04:00)

(R) “Parabank, Paramızın etibarlı evi”

Əziz dostlar! Möhtərəm tərəfdaşlar! Dəyərli müştərilərimiz!

Həyatımızın son 21 ilini bir yerdəyik. Bu illər ərzində nələr görməmişik? Sürəkli siyasi cərəyanlar, iqtisadi böhranlar və nəhayət 1993-cü ildən başlayan sabitlik, əmin-amanlıq, sabaha inam. Aldığımız həyat təcrübəsi bizə müdriklik, vəziyyəti düzgün qiymətləndirmək bacarığı verdi. Daim siyasətdən uzaq, Respublikanın iqtisadi həyatında baş verən hadisələrin içərisində, şəffaf olmağa çalışdıq və buna nail olduq. 21 il öncə 6 kv.m-lik bir ofisdə 3 nəfər işçi ilə fəaliyyətə başlayan Parabank bu gün 16 filialı və şöbələrində 500 əməkdaşı ilə Sizə xidmət edir. Məndən soruşsanız ki, bu illər ərzində ən böyük qazancınız nə oldu? Heç fikirləşmədən cavab verərdim: “Sizin inamınız”.
Bu inam illər ərzində bizə daim dəstək oldu. Bizim devizimiz “Parabank, Paramızın etibarlı evi” heç vaxt aktuallığını itirməyəcək.

21 il əvvəl bank, fəaliyyətə başladığı dövrdə bankın nizamnamə kapitalı 5.0 min rubl təşkil edirdi. Keçən illər ərzində nizamnamə kapitalı daim artıb və Azərbaycan Mərkəzi bankın tələblərinə cavab verib. 04 avqust 2012-ci il tarixində kapitalın artırılması tələbi bankın sahibləri arasında normal qarşılanıb. Bankın səhmdarları buna hazırdırlar və Bankın kapitalı təyin olunmuş həddə qədər artırılacaq, 01.2014-cü il vəziyyətinə məcmui kapital 50.0 mln manata çatdırılacaq. Belə ki, bu gün bank aktivlərinin artım tempi Respublikanın iqtisadi artım sürətindən geri qalır. Bank aktivlərinin artımı ilk növbədə kapital artımının vacibliyini yaradır.
Mənim əzizlərim! Bizim münasibətlərimizin daimi olacağına inanıram və Sizi də dəvət edirəm.

Biz varıq. Biz burdayıq. Biz Sizinləyik.

Hörmətlə,
“Parabank” ASC-nin Müşahidə Şurasının Sədri
Rasim Poladov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2074

Oxşar yazılar