(R) Unibank kreditləri qapiniza gətirir
“Unibank” Sumqayıt və Xırdalan şəhərlərində “Kreditlər qapınıza gəlir” şüarı altında növbəti kredit yarmarkalarını keçirib. Yüzlərlə müştərilərin iştirakı ilə ötən həftə keçən bu aksiyalarda Bankın mobil ofisi vasitəsi ilə kredit sifarişlərin qəbulu davam etdirilib.
Müştərilərin rahatlığı naminə yarmarkalar avqustun 15-də və 16-da ənənəvi olaraq axşam saatlarında təşkil olunub və bu səbəbdən geniş əhali təbəqələrinin marağını cəlb edib. Yüzlərlə Sumqayıt və Xırdalan sakinləri, və o cümlədən iş adamları, həm təminatsız nağd kreditlər, həm mikrokredit alətlərinin şərtləri ilə yaxından tanış olublar. Nəticədə “Unibank”-ın mobil ofisinə iki yarmarka günü ərzində kreditlər üzrə 300-dən artıq müştəri müraciət edib. Əsas maraq 2500 manata qədər zaminsiz və girovsuz nağd kredit, imtiyazlı ödəniş müddəti olan 30 aylıq istehlak kreditlərinə və mikrokreditlərə göstərilib. Bu növ kreditlər əksər hallarda yalnız iş yerindən arayış əsasında verilir. İstehlak kreditlər üzrə Bankın effektiv faiz dərəcəsi illik 16%-dan başlayır. Nağd istehlak kreditlərin məbləği borcalanın gəlirlərindən asılıdır və 300 AZN-dən 5000 AZN-ə qədər təşkil edə bilər. Mikrokreditlərin məbləği isə 200 manatdan 20 min manatadək təşkil edir.
Kredit sifarişlərinin qəbulu zamanı “Unibank”-da müştəri gəlirlərinin qiymətləndirilməsində çevik yanaşma tətbiq olunur. Müasir texnologiyalar kredit müraciətlərə dəqiqələr ərzində baxılmasını və çıxarılan qərarların qəbul edilməsində subyektiv amilləri istisna etməyə mümkün edir.
Qeyd edək ki, iyul ayının 24-dən başlayan “Unibank”-ın kredit yarmarkalarında 1000 yaxın müştəri iştirak edib. Bu cür aksiyalar əhali üçün böyük əhəmiyyət kəsb etdiyinə görə yaxın gələcəkdə digər bölgələrdə də təşkil olunacaq. “Unibank”-da istehlak kreditlərinin şərtləri və «Kreditlər qapınıza gəlir» yarmarkaları barədə ətraflı məlumatı (012) 117 nömrəli telefonla əldə etmək olar.

Oxşar yazılar

“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
20 may 2025 , 16:23
Kapital Bank daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
20 may 2025 , 15:22
“Bakcell” süni intellekt təlimi təşkil etdi
20 may 2025 , 14:06
ABB-nin Daşkəsən filialı da yeniləndi!
20 may 2025 , 11:18
Sabah Azərbaycanın bu ərazilərində qaz kəsiləcək
19 may 2025 , 19:51
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəlib
19 may 2025 , 15:28
"Azercell" rəsmi olaraq "Əla İş Yeri" kimi tanınıb
19 may 2025 , 12:10