“Azərbaycan Dəmir Yolları” Ramazan bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
16 avqust 2012 11:09 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” Ramazan bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Bunu Lent.az-a açıqlamasında QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib.

Mətbuat katibinin sözlərinə görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib: “Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib”.

N. Əzməmmədov onu da bildirib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi, vaqonlarda soyuducu sistemin normal işləməsi istiqamətində ciddi işlər görür: “Bundan əlavə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar Departamentin kollektivi ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonların qoşulmasını təmin edir”.

QSC sözcüsü vurğulayıb ki, sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqon qoşulması təmin olunur: “Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253

Oxşar yazılar