Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi – FOTO
0
0
Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi davam etdirilir. Lent.az-ın “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, layihələndirilən avtomobil yolu Bakı şəhərinin Şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Fatmayi, Novxanı istiqamətində davam etməklə, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km ilə kəsişərək Bakı – Şamaxı - Yevlax avtomobil yoluna birləşəcək.
Mərhələli şəkildə davam etdirilən tikinti işləri Bilgəh qəsəbəsindən Kürdəxanıya qədər olan 14 km-lik hissədə həyata keçirilir. Layihə üzrə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün iki yol ötürücüsü və 3 piyada keçidinin inşası nəzərdə tutulub.
Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb, bir yol ötürücüsü, bir piyada keçidi və yolun 5 km-lik hissəsində işlər tamamlanıb. Qeyd olunan hissədə işin bu il başa çatdırılması planlaşdırılır.
Hazırda yolun 14-42-ci km-lik hissəsinin layihələndirilməsi və paralel olaraq tikinti işlərinə start verilib.

Oxşar yazılar

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05
“Sürətli Şans” başladı: “Azərlotereya” ilə “Toyota Corolla” və pul mükafatları qazan!
2 sentyabr 2025 , 10:47
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
2 sentyabr 2025 , 09:50