Milli valyutamızın 20 yaşı tamam olur
Mərkəzi Bankdan Lent.az-a verilən məlumatda deyilir ki, möhkəm iqtisadi dayaqlara, xüsusilə dayanıqlı xarici valyuta ehtiyatlarına, mükəmməl makroiqtisadi idarərtməyə söykənən manatın sabitliyi bu gün də davam etməkdədir. Təsadüfi deyil ki, 1998-ci il Asiya böhranına, 2008-2009-cu illərdə dünyanı bürüyən qlobal maliyyə böhranına baxmayaraq manatın stabilliyi pozulmayıb.
Son 20 il ərzində Mərkəzi Bank tərəfindən nağd pul tədavülünün təşkili sahəsində bir çox institutsional islahatlar həyata keçirilib, idarəetmə sistemləri müasirləşdirilib və yeni keyfiyyət mərhələsinə qaldırılıb.
Qeyd edək ki, Mərkəzi Bankın qarşısında duran əsas strateji hədəflərdən biri də “Nağd pulun idarə edilməsinin ən müasir standartlarının formalaşdırılması”dır. Bu çərçivədə qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sisteminin formalaşdırılması və tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturunun yaradılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq artıq Mərkəzi Bank tərəfindən ən son texnologiyalar əsasında tam avtomatlaşdırılmış Nağd Pul Mərkəzinin yaradılması, nağd pulun idarə edilməsinin menecment informasiya sistemlərinin, pul nişanlarının müasir dizayn, loqistika və ekpertizası institutlarının, habelə yeni hesabatlıq sisteminin və iqtisadi təhlil bazasının yaradılması kimi layihələrin realizasiyasına başlanılıb.

1198