(R) “NBC Bank” ASC tərəfindən təqdim olunan ipotekaya tələbat artır
10 avqust 2012 15:06 (UTC +04:00)

(R) “NBC Bank” ASC tərəfindən təqdim olunan ipotekaya tələbat artır

2011-ci ilin oktyabr ayından 2012-ci il iyul ayınadək “NBC Bank” tərəfindən 1 mln. 590 min manat həcmində ipoteka krediti verilib. Onlardan təxminən 2/3 güzəştli şərtlərnən təqdim olunan ipoteka olub (4%). Qeyd etmək lazımdır ki, NBC Bank İpoteka Fondu tərəfindən ayrılmış illik normanı 6 ay ərzində həyata keçirə bilib. Eləcə də, Bank tərəfindən ipoteka kreditləri üzrə sənədlərin rəsimlışdirilməsində və ipoteka kreditinin təqdim olunmasında yüksək operativlik və peşəkarlıq nəticəsində, son 6 ay ərzində təqdim olunan ipoteka kreditlərinə tələbat müəyyən olunmuş limiti təxminən iki dəfə üstələyib.

Müştərilər arasında “NBC Bank” tərəfindən təqdim olunan ipoteka kreditlərinə tələbatın bu qədər artması Banka olan güvənin gündən-günə yüksəlməsinin bir göstəricisidir. Qeyd edək ki, ipoteka kreditindən istifadə edənlərin 80-85% gənclər təşkil edir. Bank hal-hazırda növbəti mərhələ üzrə ipoteka kreditlərinə olan limiti artırmağı planlaşdırır.

Qeyd edək ki, “NBC Bank” Azərbaycan İpoteka Fonduna müvəkkil kredit təşkilatı kimi 1 avqust 2011-ci ildə qoşulub.

Bankın ipoteka krediti və digət təklif etdiyi xidmətlərdən istifadə etmək istəyənləri Bakı şəhərində 7 və regionlarda yerləşən 4 filialımıza müraciət etməyə dəvət edirik.

Ətraflı məlumat üçün (012) 932 nömrəsinə zəng edə bilərsiniz.

NBCBank – hər zaman yanınızda!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 992

Oxşar yazılar