(R) “Albalı” kartları üzrə ödəmələri hesab.az portalinda hissə-hissə aparmaq olar
09 avqust 2012 17:55 (UTC +04:00)

(R) “Albalı” kartları üzrə ödəmələri hesab.az portalinda hissə-hissə aparmaq olar

“Unibank” bu gündən etibarən Hesab.az ödəmələr portalı ilə birgə aksiyaya start verib. Artıq Bankın “Albalı” taksit kartları bu ödəmə portalında qəbul olunur və onlarla kommunal, telefon, İnternet, kabel televiziya və digər xidmətlər üzrə ödəmələri hissə-hissə aparmağa imkan verir.

Aksiya çərçivəsində «Albalı» taksit kartları üzrə müştərilərə xüsusi olaraq 5 qat bonuslar təqdim edilir. Bu zaman onların Hesab.az portalında hədiyyə və mükafat qazanmaq şansları da 5 qat artır. “Unibank”-ın digər kartları üzrə Hesab.az tərəfindən təqdim edilən bonuslar adi kartlardan fərqli olaraq 3 dəfə çoxdur.

«Albalı» kartları xüsusi olaraq nağdsız ödənişlər üçün buraxılır və sahiblərinə məbləği 3 min AZN-dək, müddəti isə üç ilədək kredit xətlərinin cəlb olunmasını təmin edir. Bu zaman alınan malların ödənilməsi hissə-hissə aparılır və hər növbəti ayın 1-dən 10-dək həyata keçirilir. Qeyd edək ki, bu növ taksit kartlarının “Unibank”-da sifarişi üçün zamin tələb olunmur.

Xatırladaq ki, Hesab.az portalının bütün xidmətləri on-layn rejimində həyata keçirilir və pulsuzdur. Ödəmələr bu zaman mobil telefonlar vasitəsi ilə də aparıla bilər (m.hesab.az). Tranzaksiyaların təhlükəsizliyi tanınmış “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin nəzarəti altında təmin olunur (VeriSign SSL-şifrələnmə əsasında). Hal-hazırda ödəmə portalının istifadəçilərinin sayı 20 minə yaxındır.

“Albalı” kartlarının sifarişi və Bankın Hesab.az-la birgə aksiyası barədə ətraflı məlumatı 117 telefon nömrəsi üzrə əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4162

Oxşar yazılar