Ekologiya Nazirliyi 73600 manat cərimə tətbiq edib
09 avqust 2012 19:13 (UTC +04:00)

Ekologiya Nazirliyi 73600 manat cərimə tətbiq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 15-31 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 135 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 54 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 29 iş üzrə 73600 manat məbləğində cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 27 iş üzrə 382020.27 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 38602.63 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 7, məhkəməyə 1, icra qurumlarına isə 20 iş göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124

Oxşar yazılar