Sürücülərə daha bir şad xəbər: Bakı ətrafında yeni yol tikilir - FOTO
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yenidən qurulması nəzərdə tutulan yolun ümumi uzunluğu 22,7, eni ayrıcı zolaqla birlikdə 28 metr təşkil edəcək.
Yolun ilk 6,9 km-lik hissəsi 6 hərəkət zolaqlı (3 gediş - 3 gəliş), 15,8 km-lik hissəsi isə 4 zolaqdan (2 gediş - 2 gəliş) ibarət olacaq. Layihə üzrə müxtəlif sahələrdə yol qovşaqlarının tikintisi planlaşdırılır.
Tikintisinə 2012-ci ilin iyul ayından başlanılan yolda hazırda tikinti altına düşən maneələrin araşdırılması və torpaq-qazma işləri həyata keçirilir.
Qeyd edək ki, bu yol bir sıra qəsəbələrə daha tez və rahat çatmağa şərait yaradacaq.
Nizam RZA

1216