Peykimiz göyə sığortalı uçacaq
09 avqust 2012 13:07 (UTC +04:00)

Peykimiz göyə sığortalı uçacaq

Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspace-1” Böyük Britaniyanın “Marsh” sığorta brokerinin vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə qüvvəyə minib. Lent.az-ın məlumatına görə, bu müqavilə “Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifidir. Bunun əsas səbəbi isə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar aparılan uzunmüddətli araşdırma və danışıqlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən uğurlu peyk və buraxılış vasitəsinin seçilməsi, peykin və raketdaşıyıcısının istehsalı üçün ABŞ-ın “Orbital Sciences” və Fransanın “Arianespce” kimi etibarlı şirkətlərlə əməkdaşlıq edilməsidir.

“Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrünü əhatə edən sığorta müqaviləsinə əsasən, baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azərspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaq.

Xatırladaq ki, “Azərspace-1” telekommunikasiya peykinin 2012-ci ilin sonunda, 2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765

Oxşar yazılar