Bəzi mehmanxanalarda nöqsanlar aşkarlanıb
Mədəniyyət və Turizm Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu Monitorinq Qrupu tərəfindən Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə iyun ayının 11-dən başlayan və 3 həftə müddətində davam edən monitorinqlərin nəticələri bəlli olub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Monitorinq Qrupu Gəncə, Naftalan, Mingəçevir, Şəki, Lənkəran şəhərləri və Gədəbəy, Balakən, Zaqatala, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Xaçmaz, Qusar, Quba, Lerik, Masallı rayonlarında turizm xidməti göstərən 137 obyektə baxış keçirib.
Monitorinq üzvləri tərəfindən obyektlərdə otaqların (kotteclərin) və çarpayıların sayı, xidmət haqqının maksimum və minimum hədləri, təklif olunmuş paketə daxil olan xidmətlərin çeşidi və keyfiyyəti, hazırkı menecerlərin bu sahədəki bacarıqları, turizm şirkətləri ilə korporativ əməkdaşlıq imkanları və turizm məhsullarının satışı haqqında sorğular keçirilib, həmçinin xidmət sahələrinin mövsümə hazırlığına və sanitariya vəziyyətinə baxılıb. Aparılan monitorinqlər zamanı bütün bölgələr üzrə yerləşdirmə obyektlərində bir nəfər üçün yataq yerinin qiymətinin ötən illə müqayisədə 10-20% arasında aşağı düşməsi, mehmanxana və mehmanxana tipli obyektlərdə turistlərə göstərilən əlavə xidmətlərin sayının 20-25%, bölgələrdə turizm xidmətlərinin çeşidinin əvvəlki illərdən fərqli olaraq 10-15% artması və əhalinin bütün təbəqələrinin ödəniş qabiliyyətinə uyğun yataq yerlərinin təklif olunması müşahidə olunub.
Ümumilikdə götürdükdə isə Monitorinq Qrupu bölgələrdə turizm xidməti sahəsində müsbət irəliləyişlərin olması qənaətinə gəlib. Belə ki, müəyyən faiz dərəcələrində qiymətlərin ucuzlaşması, hər il yeni əyləncə növlərinin yaradılması, bölgələrdə bir çox istirahət mərkəzinin artıq turizm şirkətləri ilə əməkdaşlıq etməsi amilləri diqqəti cəlb edir. Eyni zamanda, Monitorinq Qrupu tərəfindən baxış keçirilən bölgələrdə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən turizm obyektlərinin qısa zamanda lisenziya almalarına dair müvafiq aktlar tərtib olunub. Nöqsanlar aşkar edilən obyektlərin sahiblərinə isə mövcud çatışmazlıqların tezliklə aradan qaldırılması istiqamətində tövsiyələr verilib.

713