Zidan məşqçi postuna qayıtmağa  çox yaxındır: Artıq hər şey qərara alınıb
06 avqust 2025 16:28 (UTC +04:00)

Zidan məşqçi postuna qayıtmağa çox yaxındır: Artıq hər şey qərara alınıb

Zinəddin Zidan məşqçiliyə qayıtmağa hazırlaşır. Fransız 2021-ci ilin may ayından, o, "Real"in baş məşqçi postunu tərk etdikdən sonra məşqçilik etmir.

Lent.az xarici mediaya istinadla  xəbər verir ki, yaxın vaxtlarda Zidanın yeni vəzifəsi ilə bağlı rəsmi açıqlama veriləcək. Söhbət Fransa millisinə təyinatdan gedir. Amma düzəlişlə - o, postu yalnız 2026-cı il dünya çempionatından sonra alacaq.

"Didye Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra Zidan olacaq! Nə yaxşı! Hər şey həll olunub", - məlumatda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 335

Oxşar yazılar